Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edib


Digərləri 27 Fev 2019 11:36:03 206 0

Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik ünvanlayıb.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik ünvanlayıb. Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin