Celtic-in yeni baş məşqçisi müəyyənləşdi


İdman 27 Fev 2019 10:50:00 378 0

Celtic-in yeni baş məşqçisi müəyyənləşdi

Şotlandiyanın Celtic klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Brendan Rocersi İngiltərənin Leicester City-yə yola salan “zolaqlılar” onu Nil Lennonla əvəz edib.

Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, 47 yaşlı mütəxəssisə Con Kennedi və Demyen Daff kömək edəcək.

Lennon məşqçilik karyerasına məhz Celtic-də başlayıb. O, 2010-2014-cü illər aralığında bu komandanı 2 dəfə Şotlandiya çempionu edib, eyni sayda da ölkə kubokunu qazanıb. 2014-2016-cı illərdə İngiltərənin Bolton klubunda çalışan Nil 2016-cı ildən də Hibernian-a baş məşqçilik edirdi. Lakin o, bu ilin yanvar ayında sözügedən komanda ilə yollarını ayırmışdı.