Avropanın bu paytaxt şəhərində də GECƏ MERİ olacaq


Digərləri 27 Fev 2019 10:31:00 208 0

Avropanın bu paytaxt şəhərində də GECƏ MERİ olacaq

Avropanın bu paytaxt şəhərində də gecə meri olacaq.

Bakı. Slovakiyanın paytaxtı Bratislavada ilk dəfə gecə meri fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, gecə meri axşam saatlarında və gecəyarısından sonra şəhər həyatına cavabdeh olacaq, gecələr fəaliyyət göstərən müəssisələrin sahibləri və məmurlar arasında vasitəçi rolunu oynayacaq. Onun səlahiyyətlərinə bu saatlarda küçələrin işıqlandırılmasından tutmuş polislə qarşılıqlı əməkdaşlıq və patrul xidmətinin işinin yaxşılaşdırılmasına qədər kompleks təhlükəsizlik tədbirləri də daxildir.