Klopp iddialı danışdı


İdman 27 Fev 2019 09:44:00 346 0

Klopp iddialı danışdı

Liverpool-un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatını 28-ci turunda Watford-la matç öncəsi fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, çalışdırıcı komandasının çətin rəqiblə üzləşəcəyini deyib.

“Güclü klubdur. Fiziki göstəriciləri onlara xüsusi üstünlük veerir. Oyunlarını analiz etmişik. Watford "top-6" komandalarla oyunda topa davamlı nəzarət edə bilmir. Amma əks-hücumlarda təhlükəli olur. Hər şeyə hazır olmalıyıq. Liverpool İngiltərə çempionuluğuna hazırdır. Azarkeşlərimiz və bəzi futbolçularımız bu sevinci ilk dəfə yaşaya bilər. Şansı əldən vermək olmaz. Bir neçə həftə əvvəlki matçlarda xeyli qol buraxmışıq. Bunu yadıma salanda qanım qaralır. İndi vəziyyət normaldır. Çempionluq bir addımlıqdadır. Həmin addımı mütləq atmalıyıq”,- çalışdırıcı bildirib.