Sarri: “Chelsea-da psixoloji yorğunluq var”


İdman 27 Fev 2019 10:17:00 328 0

Sarri: “Chelsea-da psixoloji yorğunluq var”

Chelsea-nın baş məşqçisi Maurisio Sarri komandasının son oyunlarda göstərdiyi nəticələrdən danışıb.

Goal.az xəbər verir ki, mütəxəssis London klubunun psixoloji baxımdan yorulduğunu deyib. “Mövsümün əvvəllərində yaxşı oynayırdıq. Səhvlərimizi kompensasiya edirdik. Klubda xoş abu-hava var idi. Birdən-birə hər şey dəyişdi. Düşünürəm ki, Chelsea psixoloji baxımdan yorulub. Lazım olanda müdafiədə yaxşı oyun sərgiləyirik. Sonuncu iki matç bunu təsdiqləyir. Manchester City ilə oyunda isə buraxdığımız birinci qoldan sonra müdafiə xəttində aləm qarışmışdı. Emerson hazırda fiziki və psixoloji cəhətdən yaxşı formadadır. Əla oynayır. Heyətdə yer alması buna görədir”,- Sarri bildirib.

Qeyd edək ki, “zadəganlar” sonuncu 7 matçın 4-də məğlub olub.