Firudin Qurbanov Vaşinqtonda müsabiqədə iştirak edəcək Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb (FOTO)


Digərləri 27 Fev 2019 10:17:43 260 0

Firudin Qurbanov Vaşinqtonda müsabiqədə iştirak edəcək Hüquq fakültəsinin bir qrup  tələbəsi ilə görüşüb (FOTO)

Firudin Qurbanov Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak etmək hüququ qazanmış BDU-nun Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb.

Bakı. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak etmək hüququ qazanmış BDU-nun Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, F.Qurbanov dünyada ən nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrindən olan və hər il Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirakın əhəmiyyətini qeyd edərək tələbələri təbrik edib. Bildirib ki, məqsədi tələbələrdə vəkillik, hüquqi yazı və araşdırma qabiliyyəti, akademik danışıq üslubu və bu kimi digər mühüm keyfiyyətləri inkişaf etdirmək olan bu müsabiqədə iştirak həm də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə imkan yaradacaq. Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən tələbələr “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində aktiv olacaqlarını, ölkəmizi və Bakı Dövlət Universitetini layiqincə təmsil edəcəklərini vurğulayıblar.