Monteneqro Prezidenti Bakıya gələcək


Siyasət 27 Fev 2019 09:41:00 260 0

Monteneqro Prezidenti Bakıya gələcək

Monteneqro Respublikasının Prezidenti Milo Cuqanoviçin Azərbaycana səfəri gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak etməkdir. Milo Çuqanoviçin Forumda nitq söyləyəcəyi və səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bütün Balkan ölkələri, o cümlədən Monteneqro Respublikası ilə sıx əməkdaşlıq edir. Bu ölkənin əvvəlki prezidenti Filip Vuyanoviç Mərkəzin İdarə heyətinin üzvüdür. O, IV və V Qlobal Bakı Forumlarında da iştirak edib.

Xatırladaq ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq. Tədbirə Monteneqro przidenti ilə yanaşı, Əfqanıstan, Bosniya və Herseqovina, Albaniya və digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaq.