Daha bir ukraynalı namizəd “Eurovision”dan imtina etdi


Digərləri 27 Fev 2019 09:24:00 205 0

Daha bir ukraynalı namizəd “Eurovision”dan imtina etdi

Daha bir ukraynalı namizəd ölkəsini "Eurovision" yarışmasında təmsil etməkdən imtina edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, milli seçim turunda ikinci yeri tutan "Freedom-Jazz Girls" qrupu Ukrayna ictimai televiziyasının təklifinə "yox" deyib və bunu Avropa turuna çıxmaq planları ilə izah edib.

Qrup üzvlərinin sözlərinə görə, avropalı promouterlə müqavilə imzalamaq mərhələsindədirlər və yaxın vaxtlarda baş tutacaq konsert turları ilə bağlı danışıqlar aparırlar.