Səsi bal kimi olan xanəndə


Kriminal 27 Fev 2019 07:56:00 170 0

Səsi bal kimi olan xanəndə

O, klassik muğam irsinin yaşadığı zamanla gələcək arasında rabitəsini qurub 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti, muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib".

Bu sözlər Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində böyük xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynov haqqındadır.  

Ölkə başçısı İlham Əliyevin Hacıbaba Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncamda da, qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi, Hacıbaba Hüseynovun muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırması, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratması qeyd edilib: "Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir".

Ədəbiyyatşünas alim Rafael Hüseynov isə görkəmli xanəndənin sənətinə belə dəyər verib:  "Həqiqətən, Hacıbaba Hüseynovun Azərbaycan muğamı, musiqisi tarixində ən müstəsna xidməti ondan ibarətdir ki, o, klassik muğam irsinin yaşadığı günlərlə gələcək arasında çox vacib rabitəni qurmağı bacaran insan idi. O, mükəmməl bir təhsil görməmişdi, ibtidai təhsilini belə başa vurmamışdı. Buna baxmayaraq, özünün mütaliəsi, geniş dünyagörüşü, müdrikliyi sayəsində klassik ədəbiyyatı çox mükəmməl şəkildə öyrənmişdi. Həmişə çox bilgin insanlarla ünsiyyətə can atmışdı və hər cəhətdən dərin insana çevrilmişdi. O, klassik ədəbiyyatı incəliyinə qədər bilirdi. Baxmayaraq ki, əruz vəzninin təfirələrindən, ayrı-ayrı ölçülərindən xəbərsiz idi, bəhrlərin adını bilmirdi, amma əruzda mükəmməl şeirlər yazırdı. Çünki özü musiqiçi olduğundan, ritmi çox gözəl bildiyindən əruzun ritmini ustalıqla tuturdu və klassik ədəbiyyatla dolu olduğundan, çox zəngin irs qoymağı bacardı. Onun 300-dən artıq qəzəli, müxəmməsi, rübaisi, qoşmaları var ki, Azərbaycan ədəbiyyatının çox gözəl nümunələri cərgəsində yer tutmaqdadır".   Elə bil Zülfi oxuyur   Hacıbaba Hüseynov Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olub. Ruhani ailəsində böyüyən Hacıbaba erkən yaşlarında məscidlərdə, yas məclislərində nohə və mərsiyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun musiqi valını əldə edən gənc xanəndə, onun oxuduqlarını təkrar edərək  yamsılayırmış. Dostları da gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda elə bilirik Zülfü oxuyur. Böyük Vətən Müharibəsinin başlaması ilə  Hacıbaba muğam oxumağa fasilə verərək "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. Dediyinə görə, ucadan olmasa da, ürəyində həmişə muğam oxuyarmış. Müharibə qurtarandan sonra Hacıbaba Hüseynovun baldızı Sara Qədimova onu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Məşhur tarzən gənc Hacıbabanı öz ansamblına nağara ifaçısı kimi dəvət edir. Hacıbaba həmin ansamblda üç il çalışır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəyir, əruz vəzninin qayda-qanunlarını öyrənərək qəzəllər yazmağa başlayır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər görkəmli tarzəni özünün əsas ustadı hesab edir. 

Toylarda nağara çalan Hacıbabanı, bəzən toy sahibləri oxutdurarmışlar. Hacıbaba Hüseynov xatirələrinin birində danışıb: "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, yaman səni yamsılayır. Zülfü məni öz yanına konservatoriyaya çağırdı və oxumağımı xahiş etdi. Oxuyub qurtarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim". 

Bostonda Xocalı faciəsinin 27ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib  FOTO like
  • 27 Fev 07:52  
Digərləri Bostonda Xocalı faciəsinin 27ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib FOTO

ABŞ-ın ən böyük və tarixi şəhərlərindən biri və ölkənin təhsil m

arrow Ətraflı
Gəncədə ana 12 yaşlı oğlu ilə birlikdə itkin düşdü like
  • 27 Fev 07:48  
Digərləri Gəncədə ana 12 yaşlı oğlu ilə birlikdə itkin düşdü

Gəncədə ana oğlu ilə birlikdə itkin düşüb.

arrow Ətraflı
Avstriyada qaçqınlara gecə sığınacaqları tərk etmək qadağan ediləcək like
  • 27 Fev 07:47  
Dünya Avstriyada qaçqınlara gecə sığınacaqları tərk etmək qadağan ediləcək

Avstriya Daxili İşlər Nazirliyinin təqdim etdiyi yeni qaydalara əsasən, ma

arrow Ətraflı
Ümumrespublika yayımlı uşaq telekanalı açıla bilər? like
  • 27 Fev 07:40  
Digərləri Ümumrespublika yayımlı uşaq telekanalı açıla bilər?

Gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yara

arrow Ətraflı
Arzu Yanardağ yeni sevgilisi ilə  FOTO like
  • 27 Fev 07:39  
Digərləri Arzu Yanardağ yeni sevgilisi ilə FOTO

Aktirsa Arzu Yanardağ iş adamı Qabi Abutdan ayrılıb.

arrow Ətraflı
ABŞ Konqresinin üzvü Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib like
  • 27 Fev 07:35  
Digərləri ABŞ Konqresinin üzvü Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina

arrow Ətraflı
Kanalizasiya qapağı oğurları tutulub  FOTO like
  • 27 Fev 07:32  
Kriminal Kanalizasiya qapağı oğurları tutulub FOTO

Abşeron rayonunda kanalizasiya qapaqlarının oğurluğu ilə məşğul olan ş

arrow Ətraflı
Ümumrespublika yayımlı uşaq telekanalı açıla bilər? like
  • 27 Fev 07:32  
Digərləri Ümumrespublika yayımlı uşaq telekanalı açıla bilər?

Gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yara

arrow Ətraflı
"Bəxt üzüyü"nün 64 yaşlı Sedası illərə meydan oxuyur  FOTO like
  • 27 Fev 07:29  
Kriminal "Bəxt üzüyü"nün 64 yaşlı Sedası illərə meydan oxuyur FOTO

Ramiz Əzizbəylinin rejissoru olduğu "Bəxt üzüyü" filminin Sedas

arrow Ətraflı
Kubada hərbi təyyarə qəzaya uğrayıb like
  • 27 Fev 07:25  
Dünya Kubada hərbi təyyarə qəzaya uğrayıb

Kubada ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

arrow Ətraflı
Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər  FOTO like
  • 27 Fev 07:21  
Digərləri Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər FOTO

Təxribatçılar qışqıraraq, kilsədəki stulları sındırmağa, qonaqlara q

arrow Ətraflı
Rusiyada yaşayış evində güclü yanğın baş verib: 7 ölü like
  • 27 Fev 07:14  
Digərləri Rusiyada yaşayış evində güclü yanğın baş verib: 7 ölü

Rusiyanın Kemerov diyarının Mariinsk şəhərində yaşayış evində yanğı

arrow Ətraflı
23 yaşlı qadın müəllim evinə gələn şagirdi ilə yatdığını etiraf etdi  FOTO like
  • 27 Fev 07:00  
Dünya 23 yaşlı qadın müəllim evinə gələn şagirdi ilə yatdığını etiraf etdi FOTO

ABŞ-ın İllinoys ştatındakı "Sarcoxie" məktəbində ingilis dili

arrow Ətraflı