Misir bu ilin birinci yarısında altı milyon turist qəbul edəcək


Dünya 27 Fev 2019 08:08:00 212 0

Misir bu ilin birinci yarısında altı milyon turist qəbul edəcək

Bu ilin birinci yarısında Misirə altı milyon xarici turistin gəlməsi gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə turizm sahəsinin yüksək ranqlı məmuru məlumat yayıb. Bildirilib ki, 2018-ci ildə ölkə, doqquz milyona yaxın turist qəbul edib. Misir, həmçinin Rusiyadan aviareyslərin bu ilin sonunadək bərpa edilməsinə və rusiyalı turistlərin Qırmızı dəniz kurortlarına qayıtmasına ümid bəsləyir.