ABŞ Helsinki Komissiyası Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib


Digərləri 27 Fev 2019 04:42:00 202 0

ABŞ Helsinki Komissiyası Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib

ABŞ Helsinki Komissiyası Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib

Bakı. ABŞ Helsinki Komissiyası Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib. Trend-in məlumatına görə, bəyanatda Xocalı şəhərinin məruz qaldığı misli görünməmiş qəddarlığın beynəlxalq hüququn norma və prinsiplərini, insan hüquq və azadlıqlarını pozduğu qeyd olunub. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-inin 366-cı motoatıcı alayının köməyilə mühasirəyə alınmış Xocalı şəhərinə hücum edərək törətdiyi amansız hərəkətlərin dərin təsirlərinin indiyədək Azərbaycan xalqında hiss edildiyi bildirilib. Bəyanatda bu faciənin anılmasının və həyatını itirmiş insanların xatirəsinin yad edilməsinin vacibliyi və Azərbaycan xalqına dərin ehtiram izhar edilib. 1992-ci ilin 26 fevralında Ermənistan-Azərbaycan münaqişəsi zamanı Dağlıq Qarabağda, Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin yüzlərlə Azərbaycanlı qadın, uşaq və yaşlıları qətlə yetirdiyi vurğulanıb. ABŞ Helsinki Komissiyasının sədri, Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən demokrat Əlsi Heystinqz Xocalı faciəsinin ildönümü ilə bağlı Konqresdə də ayrıca bəyanatla çıxış edib.