Bostonda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)


Digərləri 27 Fev 2019 02:49:00 203 0

Bostonda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)

ABŞ-ın ən böyük və tarixi şəhərlərindən biri və ölkənin təhsil mərkəzi kimi tanınan Boston şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bakı . ABŞ-ın ən böyük və tarixi şəhərlərindən biri və ölkənin təhsil mərkəzi kimi tanınan Boston şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ-ın Nyu-Enqland regionu və Massaçusets ştatında yaşayan Azərbaycan icmasının təşkilatçılığı və Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov, Türkiyənin Boston şəhərindəki baş konsulu Ceylan Ərişən və Konsulluğun əməkdaşları, Türkiyə-Amerika İdarəetmə Komitəsinin (Turkish-Amerikan Steering Committee) rəhbəri doktor Halil Mutlu və TASC üzvləri, həmçinin Azərbaycan icmasının fəalları, o cümlədən Bostonda təhsil alan Azərbaycanlı tələbələr iştirak edib. Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə daha sonra Bostonda yaşayan Azərbaycan icmasının aparıcı simalarından olan Mirkamran Abdullayev Xocalı faciəsinin xalqımızın tarixində unudulmaz iz buraxdığını və erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş günahsız insanların ruhunun yaddaşlarda əbədi yaşayacağını qeyd etdi.