ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib


Digərləri 27 Fev 2019 01:53:00 224 0

ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib

Bakı. ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib. Azərbaycanın ABŞ-dakı səfriliyindən Trend-ə verilən məlumata görə, Konqres üzvü bəyanatında Xocalı şəhərini və həmin faciəli günlərdə həlak olmuş Xocalı sakinlərinin xatirəsini anaraq Azərbaycan xalqının kədərinə qoşulduğunu bildirib və dərin hüznlə başsağlığı verib. V.Foks 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 nəfər Azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.