Sibir regionlarında fevral ayının sonunda axırıncı 50100 il ərzində ən mülayim hava qeydə alınıb


Digərləri 27 Fev 2019 00:45:00 252 0

Sibir regionlarında fevral ayının sonunda axırıncı 50100 il ərzində ən mülayim hava qeydə alınıb

Fevralın axırları Sibir regionlarında son 50-100 il ərzində qeydə alınan ən mülayim hava nəticəsində bəzi bölgələrdə ayılar qış yuxusundan ayılıb, şəhərlilərin isə gözünə kəpənək dəyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qərbi Sibir Hidrometeorologiya və Ətraf Mühitin Monitorinq İdarəsinin mətbuat xidmətinin katibi Renad Yaqudin deyib: "Bizdə maksimal temperatur rekordları əvvəllər də olub, məsələn, İskitimdə (Novosibirsk) fevralın 20-dək müsbət 2,3 dərəcə mülayim hava müşahidə edilib. Bu, 1978-ci ildəki əvvəlki rekorddan on dəfələrlə (0,3) yüksəkdir. Daha əhəmiyyətli rekordlar - müsbət 10 dərəcəyədək isti Kemerovo vilayətində qeydə alınıb. Mejdureçenskdə mülayimlik uzaq 1962-ci ilin rekordunu təxminən 6 dərəcə ötüb keçib".

Altay diyarında temperatur 1914-cü ilin rekordunu yeniləyib: sinoptiklər fevralın 20-də Barnaulda 5,7 dərəcə isti qeydə alıblar ki, bu da əvvəlki rekordu - müsbət 2,2 dərəcəni üstələyib. Sonrakı günlər temperatur ensə də, ötən istirahət günləri Kemerovo və Tomsk vilayətlərində, həmçinin Altay Respublikasında 3-6 dərəcəyədək mülayimlik müşahidə edilib.

Ulan-Udedə yerləşən Zabaykalye xalqlarının etnoqrafiya muzeyinin canlı guşəsində istiləşmə nəticəsində qonur ayılar oyanıblar. "Bu gün bizdə 3 yaşlı "Malış" ləqəbli və 7 yaşlı "Semenixa" ləqəbli ayılar ayılıblar. Qış yuxulaması dövründə onlar ayılıb, sonra da təkrar yatıblar. Lakin bu dəfə onlar ayılaraq yeməyə başlayıblar. Bu, onunla izah edilir ki, artıq qış yuxusu bitib, astanada bahardır", - deyə Zabaykalye xalqlarının etnoqrafiya muzeyində bildiriblər.