Bu bitki ilə infarktı, varikozu, xərçəngi müalicə edin –


Digərləri 26 Fev 2019 23:35:00 189 0

Bu bitki ilə infarktı, varikozu, xərçəngi müalicə edin –

Yerkökünün orqanizm üçün onlarla faydasının olduğu çoxlarına məlumdur. Lakin onun elə faydaları da var ki, bu barədə çox az insan bilir.

Son.az medicina.az-a istinadənyerkökünün az bilinən faydalarını araşdırıb, öyrənib və bu barədə yazı hazırlayıb.

Yerkökü öskürəyin, soyuqdəymənin və bronxitin dərmanıdır

Sürtgəcdən keçirilmiş 3 x/q yerkökünü 2-3 dəqiqə müddətində 1 stəkan süddə vam odda bişirin. Yarım saat saxlayın. Gün ərzində 3/2 stəkan olmaqla 3-4 dəfə qəbul edin. Vasitə çox effektlidir. Hətta quru və qıcıqlandırıcı öskürəyi də aradan qaldırır.

Trofik yaralar

Orta ölçülü açıq rəngli yerkökünü təmizləyin, isti su ilə yuyun və plastmas sürtgəcdən keçirin. Alınan kütləyə 3-7 damcı balıq yağı əlavə edərək qarışdırın. Axşam yatmazdan əvvəl sıyığa bənzər kütləni 3 qatlı steril bintə qoyaraq yaranın üzərinə yerləşdirin. Daha sonra üzərini kağızla bağlayaraq, üstünə təmiz dəsmal sərin.   Bir sutka saxlayın, daha sonra isə yenisi ilə əvəzləyin. Bu qarışımı yara sağalana qədər tətbiq etmək lazımdır.

Miokard infarktı

İnfarkdan sonra gün ərzində 2 dəfə yarım stəkan olmaqla 1 çay qaşığı bitki yağı əlavə edilmiş təzə sıxılmış yerkökü şirəsi içmək lazımdır.

Stenokardiya

1 x/q yerkökü toxumunu 1 stəkan suda 1 dəqiqə müddətində qaynadın. 2 saat saxlayın. Gündə 3 dəfə olmaqla hər dəfə 3 x/q qəbul edin.