Xoruldayan şəxslər, DİQQƏT! –


Digərləri 26 Fev 2019 23:25:00 185 0

Xoruldayan şəxslər, DİQQƏT! –

Demək olar ki, əksər insanlar xoruldama problemi ilə üzləşib.

Son.az medicina.az-a istinadən bildirir ki, xoruldamağa təsir edən bir sıra amillər var. Yatış forması, çəpər əyriliyi və qrip kimi xəstəliklərin əlaməti olan burun tutulması və s. Lakin bəzi insanlar heç bir səbəb olmadan da xoruldayır.

Niyə xoruldayırıq?

Nəfəs alanda hava cərəyanının boğazımızdan keçməsi zamanı udlağın yumşaq hissəciklərinin bir-birinə toxunması ilə çıxan səs xorultu adlanır. Xoruldama əsasən yuxu pozuntusundan qaynaqlanır. Xroniki xorultunun yaranmasının əsas səbəblərindən biri də gündüzlər yuxulu olmaqdır. Davamlı xoruldayan insanların bu problemin ciddi qəbul etməsi vacibdir.

Xorultu zamanı nəəfəsin dayanması 10 saniyədən 3 dəqiqəyə qədər davam edə bilər. Bu isə orqanizmdə təhlükəli hal yarada bilər. Çünki bu hal stress hormonunu artırır. Nəcitədə isə yuxudan rahatlıq tapmaq olmur. Bu tendensiya davam etdikcə bir sıra xəstəliklər oyanmağa başlayır. Yaranan oksigen çatışmazlığının az vaxt intervalında təkrarlanması ilk olaraq orqanizmin hüceyrələrini zədələyir. Növbəti pillə isə daha ağır vəziyyətə gətirib çıxardır. Xorultunun yaratdığı vəziyyət beyin hüceyrələrini də zədələyir. Xorultuya, həmçinin genetik amillər və ətraf mühit də təsir edir. İnsanın yaşı artıqca udlağın yumşaq toxumalarının tonusu azalır və xorultunun yalnız tezliyi deyil, həm də səsi yüksəlir. Rahat, xorultusuz yuxu üçün bir sıra amillərə diqqət etmək olar.

Yatış  formanızı dəyişdirin