Deyirlər ki, körpənin sidiyi murdar deyil


Digərləri 26 Fev 2019 23:15:00 194 0

Deyirlər ki, körpənin sidiyi murdar deyil

Bu fikir yanlışdır. İslam şəriətinə görə, sidik mütləq mənada nəcisdir və dəydiyi yeri murdar edir. İstər körpə uşağın, istərsə də qocanın sidiyi eyni dərəcədə murdar sayılır. Ona görə də, körpənin sidiyinə bulaşmış paltar və yer yuyulub pak edilməlidir.

Son.az islam.az-a istinadən bildirir ki, lakin bəzi müctəhidlərə görə, şəriət hökmlərində bir istisna vardır. Əgər körpəli ananın yalnız bir dəst paltarı varsa və namazda başqa paltar geyinmək imkanı yoxdursa, həmin paltar körpənin sidiyi ilə bulaşsa, ana o paltarda bir sutka namaz qıla bilər. Yəni bu halda qadının öz paltarını sutkada bir dəfə yuyub pak etməsi kifayətdir. Yaxşı olar ki, paltarı ilk dəfə bulaşdıqdan sonra qılmalı olduğu namaza görə pak etməklə başlasın və sutkanı o zamandan hesablasın. Yaxud məğrib vaxtına bir az qalmış paltarı pak edib hazırlasın ki, zöhr, əsr, məğrib və işa namazlarını pak paltarla qıla bilsin. Qeyd edək ki, bu fətva müctəhidlərin bir qisminin risaləsində mövcuddur. Hal-hazırda diri olan mərceyi-təqlidlərdən Ayətullah Məkarim Şirazi ilə Şübeyri Zəncaninin risalələrində bu məsələ vardır. Həmin fətvanın təfərrüatlarında bəzi fərqlər mövcuddur.