İmam Zaman ağa besətin hansı hədəflərini yerinə yetirəcək?


Digərləri 26 Fev 2019 23:20:00 216 0

İmam Zaman ağa besətin hansı hədəflərini yerinə yetirəcək?

Hədislərimizdən bu nəticəyə gəlmək olur ki, İmam Zaman ağa (ə.f) elə bir cəmiyyət quracaqdır ki, orada besətin bütün hədəflərini yerinə yetirəcəkdir. Bəs besətin hədəfləri nə idi?

1. Cahiliyyəti aradan aparmaq və ubudiyyəti sübut etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Bilin ki, cahiliyyət dövrünün bütün inanclarını və adətlərini ayaq altında qoyur və batil elan edirəm".

Həzrət Rəsuli-Əkrəm (s) bütün ömrü boyu cahiliyyəti aradan qaldırmaqla məşğul olur. Ancaq çox təəssüf ki, rehlətindən sonra cahil adət və ənənələr geri qayıtmağa başladı.

2. Əxlaqı islah etmək. İslam dini əxlaq dinidir. Həzrət Peyğəmbər (s) özü besətinin hədəfini məkarim əxlaqda görmüşdür. Ancaq çox təəssüf ki, Həzrət (s) məkarim əxlaqı istədiyi kimi yaya bilmədi və insanları islah edə bilmədi.

3. Ədaləti bərpa etmək. İslam dininin ən mühüm hədəflərindən biri - cəmiyyətdə ədaləti bərqərar etməkdir. Yəni, bu cür olmalı deyildir ki, bir nəfərin hər şeyi olmalıdır, qalanlarının isə olmasa da olar. Baxmayaraq ki, İmam Əlinin (ə) dövründə bu ədalət müəyyən səviyyədə bərpa olmuşdu, ancaq ondan sonra yenə də zülm cəmiyyəti öz ağuşuna aldı.

4. Cəmiyyəti vahid etmək. "(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular).