Stressin səbəb olduğu dəhşətli xəstəliklər


Digərləri 26 Fev 2019 23:05:00 224 0

Stressin səbəb olduğu dəhşətli xəstəliklər

Artıq elm və tibb sübut edib ki, stres, əsəb və xəstəliklər bir -birilə sıx bağlıdır.

İnsanın həyatında nə qədər çox stress vəziyyətləri olursa, onda sistem xəstəlikləri inkişaf edir, mövcud xəstəliklər isə xronikləşir.

Son.az medicina.az-a istinadən artıq tibbdə stress və əsəb səbəbindən yaranması şübhə doğurmayan xəstəlik və patologiyaların siyahısını təqdim edir:

-Ürək-damar xəstəlikləri - ürək ritmi pozulması, insult, infarkt, ateroskleroz -Yüksək təzyiq -Həzm sistemi xəstəlikləri, xoralar, yaralar, qıcıqlanmış bağırsaq sindromu -Dəri xəstəlikləri - ekzema, psoriaz -Təşviş-həyəcan pozuntusu, depressiya -Miqren -Piylənmə -Diabet -Yuxusuzluq -Cinsi pozğunluq

Stress bu kimi xəstəliklərin səbəb-nəticə faktoru kimi böyük rol oynadığı üçün vaxtında əsəb və stresin ağırlaşmasının qarşısı alınmalı, stresli vəziyyətlərdə nevroloq, psixiatr müayinəsi olunub sakitləşdirici terapiya almaq lazımdır.

Sizdə xroniki stress olmasının əlamətləri:

-Dəyişkən əhval-ruhiyyə, heç bir səbəb olmadan ruh düşgünlüyü -Qıcıqlanma -Ağlamaq -Apatiya -Tənhalıq hissi -Həyəcan, qorxu -Panik atak -İstahın olmaması -İçkiyə meyillik -Səbəbsiz allergik reaksiyalar -Yuxunun pozulması -Baş ağrıları -Sinədə, kürəkdə ağrılar