Beyində sirli ünsiyyət mexanizmi kəşf edildi


Digərləri 26 Fev 2019 22:50:00 286 0

Beyində sirli ünsiyyət mexanizmi kəşf edildi

İnsan beyni üzərində araşdırma aparan alimlər, daha əvvəl bilinməyən sirli bir nevroloji əlaqə kəşf etdi. Bu kəşf, elm ictimaiyyətində böyük səs yaratdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, insan beyni çox böyük sirlər saxlayır. Atılan elmi addımlara baxmayaraq, beynin necə işlədiyinə dair çoxlu məchullar var.

Qərbi Rezerv bölməsinin Keys Universitetinin (Case Western Reserve University) araşdırmaçıları, beyinlə əlaqədar cavabı maraqlanılan yeni bir sirri aşkar etdi. Araşdırmaçıların nəşr etdiyi məqaləyə görə, beyində yeri davamlı dəyişən, 'simsiz' bir nevroloji əlaqə kəşf edildi.

Yuxu halındakı insanların beyin qabığı və hippokampus bölgəsində sirrli nevroloji dalğalar kəşf edildi. Elm insanları daha əvvəl aşağı səviyyəli, aşağı periodlu fəaliyyətlərini siçan beyinlərinin hippokampus bölgələrində müşahidə etmişdi.