Siqaretin səbəb olduğu qorxulu xəstəlik –


Digərləri 26 Fev 2019 22:35:00 256 0

Siqaretin səbəb olduğu qorxulu xəstəlik –

Bəzən havanın isti olmasına baxmayaraq, ayaq barmaqlarının üşüdüyünü hiss edir və ya ayağınız bir yerə dəydikdə uzun müddətə sağalmayan yaralar əmələ gəlir? Bəzən isə çox gəzərkən dincəlməyə ehtiyac duyurunuz? Əgər bu problemlərlə tez-tez qarşılaşırsınızsa və aktiv və ya passiv siqaret istifadəçisinizsə, onda siz buerger xəstəliyindən əziyyət çəkirsiniz.   Buerger xəstəliyi nədir?

Son.az medicina.az-a istinadən bildirir ki, orta və kiçik ölçülü damarların siqaret istifadəsi səbəbindən tıxanması ilə meydana çıxan buerger xəstəliyi damarlarda iltihab və qan laxtasının əmələ gəlməsinə səbəb olur. Əsasən 30-50 yaş arası kişilərdə meydana çıxan bu xəstəlik son zamanlarda qadınlar arasında da yayılıb. Burger xəstəliyi  damarların daralması və sonra tamamən tıxanması ilə nəticələnir. Tıxanmış damarlar isə həmin bölgələrdə ciddi fəsadlara gətirib çıxarır.

Əlamətləri:

-Ayaqlarda ağrı,

-Yeriyərkən baldırda yaranan ağrı,

-Tüklərin tökülməsi,

-Ayaqda üşümə,

-Göyərmə,

-Sağalmayan yaralar,