Bakı sakini Əli Kərimlidən onun oğlu barədə soruşdu VİDEO


Digərləri 26 Fev 2019 22:36:00 210 0

Bakı sakini Əli Kərimlidən onun oğlu barədə soruşdu  VİDEO

Bu gün AXCP lideri Əli Kərimlinin və tərəfdarlarının Bakıda gəzintisi zamanı gözlənilməz hadisə baş verib.

Son.az azvision.az-a istinadən bildirir ki, bir kişi Əli Kərimliyə yaxınlaşaraq, ondan oğlunun Londonda hansı pulla dəbdəbəli həyat sürdüyünü soruşub.

"Prezident İlham Əliyevin oğlu orduda xidmət etdiyi bir vaxtda sizin oğlunuz Londonun barlarında alkoqol içir", - Bakı sakini bildirib.

Əli Kərimli həmin şəxsi təxribatçı adlandırıb. Mühafizəçilərinin köməyi ilə partiya lideri hadisə yerini tərk edib.

Videonu izləmək üçün şəklə klikləyin: