Qaraciyərimizi yağlanmadan necə qoruyaq?


Digərləri 26 Fev 2019 22:05:00 212 0

Qaraciyərimizi yağlanmadan necə qoruyaq?

Qaraciyər yağlanmaya ən uyğun orqandır.

Qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var.

Son.az medicina.az-a istinadən bildirir ki, bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma hesab olunur. Ancaq az miqdarda yağlılıq qorxulu hesab olunmur. Əgər qaraciyərdə yağlılıq 10 faizi keçərsə, bu, artıq həyəcan siqnalıdır. Yağ lipidlərinin miqdarı qaraciyər hüceyrələrinin içərisində artdıqca, hüceyrələr zədələnir, qaraciyərdə müəyyən iltihabi reaksiyalar gedir, nəticədə qaraciyərin fibrozu, qaraciyər serrozu, qaraciyər xərçəngi, qaraciyər çatışmazlığı kimi ağır xəstəliklər yarana bilər.

Qaraciyər uyağlanmasının səbəbləri...

Qaraciyər yağlanması əsasən, alkollu içkilərlə bağlı olur. Digər səbəblər isə birbaşa yaşam tərzi ilə bağlı faktorlardır. Hərəkətsizlilik, çox yağlı qidaların qəbulu və diabet bu xəstəliyin səbəbərindən hesab olunur. Qaraciyərdə yağlanma ilkin olaraq, özünü ciddi biruzə verməsə də, vaxt keçdikcə ağırlaşa bilər. Mövcud vəziyyət baş hərlənməsi, davamlı yorğunluq və narahatlıqla özünü göstərir. Qaraciyər yağlanması qorxulu xəstəliklər siyahısında olmasa da, ciddi narahatlıq doğurur.

Təbii müalicə üsulları