Allaha yardım etmək necə olur?


Digərləri 26 Fev 2019 22:10:00 296 0

Allaha yardım etmək necə olur?

Qurani-Kərimdə buyurulur: "Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və Kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər". ("Muhəmməd (s)" 7).

İnsan məhdud bir varlıqdır. Allahın ona yardım etməsi də məhduddur.

Ancaq Allah sonsuz və əbədidir. Yardımı sonsuz qüdrətindən qaynaqlanar. Allah bir neçə şeyi, bir neçə şeyin girovunda qərar vermişdir.

- Əgər insan Allahı yada salarsa, Allah da onu yada salar.

- Əgər insan yardım edərsə, Allah da ona yardım edər.

- Əgər şükür edərsə, bərəkəti artar.

- Əgər əhdinə vəfa edərsə, Allah da insana vəfadar olar.