Azərbaycandan daha çox hansı ölkə bal alır?


Digərləri 26 Fev 2019 22:00:08 210 0

Azərbaycandan daha çox hansı ölkə bal alır?

2018-ci ildə 71,5 min ABŞ dolları dəyərində 8,3 ton bal ixrac edilib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Azərbaycanda 30 474 təsərrüfatda mövcud olan 501,0 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kq arı südü əldə olunub. Trend-in məlumatına görə, balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun - 14,2 manat, vərəmumun - 118,4 manat, güləmin - 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat olub. 2018-ci ildə 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac edilib ki, onun da 96,4 faizi Yaponiyanın payına düşür.