Xərçəng xəstəsinin dilini kəsib əvəzinə qolundan qoydular


Digərləri 26 Fev 2019 21:55:00 249 0

Xərçəng xəstəsinin dilini kəsib əvəzinə qolundan qoydular

İngiltərənin Klepxem şəhərindən olan Jonna Smit 2018-ci ilə ağız boşluğunda yaranmış yaraya görə həkimə müraciət etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ilkin müalicə üçün həkim ona gel yazmışdır. Lakin iltihabın inkişafı müşahidə olunduqda xəstəyə biopsiya təyin edilmişdir. Aparılan müayinələr nəticəsində məlum olmuşdur ki, 58 yaşlı qadın dil xərçəngindən əziyyət çəkir. Həkimlər təxirəsalınmaz cərrahiyə əməliyatına başlamışdır. Həkimlərin sözlərinə görə, xəstə cərrahiyə olunmasaydı, ancaq 5-6 ay müddətində yaşaya biləcəkdi.

2019-cu ildə aparılmış əməliyyat zamanı, xəstənin demək olar ki, bütün dili kəsib götürülərək, az bir hissəsi saxlanılmışdır. Həkimlər xəstənin bir neçə dişini çıxarmaq məcburiyyətində qalaraq, damaq badamcıqlarını (qlanda) da kəsmişdir. Əməliyyat 15 saat davam etmişdir. Əməliyyarda 29 mütəxəssis iştirak etmişdir. Cərrahlar dili əvəz etmək üçün xəstənin sağ ayağının dərisindən, əzələ və damardan istifadə etmişlər.