Bu cür yaşasanız planetimizi xilas edərsiniz


Digərləri 26 Fev 2019 21:44:00 185 0

Bu cür yaşasanız planetimizi xilas edərsiniz

Qlobal iqlim dəyişikliyi planetimizin yaxın gələcəyinin təhlükə altına qoyub. Bu gedişlə nələr ola bilər, az-çox təsəvvür yaranıb. Bu gün planetin hər sakininin çiyninə məsuliyyət düşür. İş ondadır ki, dünyanı filmlərdəki kimi hansısa superqəhrəman yox, biz xilas etməliyik.

"Biz nə edə bilərik?" deyirsinizsə...

1. Lampaları dəyişdirin

Son.az lent.az-a istinadən xəbər verir ki, gözəl, böyük bir çılçıraq aldınızmı? Onu effektiv elektrik lampaları ilə işlədin.  Bunun üçün xüsusi axtarış lazım deyil. "Led işıqlar" dediyimiz diod lampaları 90 faiz daha az elektrik sərf edir.

2. Paltarları zivədən asın

Paltarları paltarqurudan maşında deyil, asaraq qurudun. Bizim kimi günəşli ölkələr üçün bu problem deyil. Bəlkə hətta paltarqurutma maşını problemdir, nəinki zivə...

3. Mümkün olanları təkrar emala verin

Təkrar emal bütün dünyada minlərlə adam üçün normal davranışa çevrilib. Bu da planeti qurtarmağın yollarından biridir. Təəssüf ki, hələ bu azdır.

4. Paltarları soyuq suyla yuyun.

Beləliklə siz su isidici istifadə etməyəcək və deməli, qaz buxarının yaranmasının qarşısını alacaqsınız.

5. Hibrid avtomobildən istifadə edə bilərsiz.

Avtomobildən tamamən imtina edənədək elektriklə işləyən Hibrid avtomobillərdən yararlanın. Amma yenə də düşünün. Çünki, avtomoibilə lazım olan elektrik çirkli qaz yanacaqlarından alınır.