Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutlub


Digərləri 26 Fev 2019 21:46:00 234 0

Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutlub

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.

Bildirilir ki, fevralın 25-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 31 yaşlı Gündüz Xalıqverdiyev saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 14 ədəd kağız bükülüdə ümumi çəkisi 2.8 qram narkotik vasitə olan "heroin", 2 ədəd kağız bükülüdə ümumi çəkisi 11 qram olan marixuana və 0.034 qram "heroin" məhlulu aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı G.Xalıqverdiyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.