İsmiəzəmə – Allahın əzəmətli adına işarə edən Quran ayələri


Digərləri 26 Fev 2019 21:50:00 252 0

İsmiəzəmə – Allahın əzəmətli adına işarə edən Quran ayələri

Allahın əzəmətli adı - o addır ki, onun haqqındakı elm ancaq Məsumlara (ə) məxsusdur. Təkcə Məsumlar (ə) Allahın əzəmətli adını kamil şəkildə bilirlər. Belə ki, hər kim bu əzəmətli adı bilər, Allahın izni ilə dua və hacətləri yerinə yetər və fövqəladə işlər görməyə qadir olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, din alimlərinin bu adla bağlı iki nəzəri vardır. Bir dəstə alimlər buyurur ki, Allahın əzəmətli adı "Allah" sözü ilə başlayıb, "huvə" sözü ilə bitir. Ancaq başqa nəzərdə olan alimlər buyurur ki, Allahın əzəmətli adı söz şəklində ola bilməz. Bəlkə söz olmaqdan daha üstün həqiqətə malikdir. İnsan özünü tərbiyə edərək, ibadət və İlahi tövfiq sayəsində onu öyrənə bilər.

Birinci dəstə alimlərin nəzərinə görə, Quranın beş ayəsi Allahın əzəmətli adına işarə edən ayələrdir. Onlarla tanış olaq:

1. "Ayətül-kürsü"nün ayələri:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ الْحَیُّ القَیُّومُ

2. "Ali-İmran" surəsinin 2-3-cü ayələri.

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ الحَیُّ القَیُّومُ نَزَّلَ عَلَیْکَ الْکِتَابَ بِالْحَقِّ، مُصَدِّقاً لِما بَیْنَ یَدَیْهِ، واَنْزَلَ التَّوْریهَ وَالْإِنْجیلَ مِنْ قَبْلُ هُدیً لِلنَّاسِ، وَاَنْزَلَ الْفُرْقانَ

3. "Nisa" surəsinin 87-ci ayəsi: