Azərbaycanda dovğanı səhv bişirirlər, ölü qida kimi zərərlidir –


Digərləri 26 Fev 2019 21:25:00 246 0

Azərbaycanda dovğanı səhv bişirirlər, ölü qida kimi zərərlidir –

Azərbaycanda uşaqdan böyüyə əksəriyyətin sevimli qidası, çoxunun isə yemək yox, içkisi hesab olunan dovğa faydalı olması ilə yanaşı mədə-bağırsaq sistemində bir sıra problemlər, xüsusən köp yaradır.

Təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış  həkim Seyfəddin Əsəd Azərbaycanda dovğanın səhv bişirildiyini, ona görə səhhətə zərərli olduğunu bildirib.

Son.az medicina.az-a istinadən bildirir ki, həkim ən düzgün dovğanın İranda bişirildiyinin şahidi olduğunu deyib.

"Orda bir dovğa yedim - ləzzətli və sağlam idi. Deməli, bizim şomu dediyimiz ispanağı suda bişirir, süzür, əzirlər. Qatığı sadəcə taxta qaşıqla yaxşıca qarışdırırlar. Sonra ona bu bişmiş şomunu qatıb yeyirlər. İçində düyü, yumurta yox idi. Çox da ləzzətli, faydalı dovğa idi".