Bakı qəbiristanlığından tapılanlar AĞILLARI QARIŞDIRIR: "Bu haqda "QuraniKərim"də də yazılıb" FOTO


Digərləri 26 Fev 2019 20:19:00 193 0

Bakı qəbiristanlığından tapılanlar AĞILLARI QARIŞDIRIR: "Bu haqda "QuraniKərim"də də yazılıb"  FOTO

Ötən günlərdə sosial şəbəkələrin birində Yasamal qəbiristanlığında iynələnmiş gənc oğlan şəkilinin tapıldığı haqda məlumat yayılmışdı.

Son.az bildirir ki, bu hadisənin Yasamal qəbiristanlığında baş verib-vermədiyini və bu cür hadisələrin belə yerlərdə tez-tez təkrarlanıb-təkrarlanmadığını öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı yolunu bu soyuq məzar daşları arasından salıb.

Qəbiristanlıqdakı mollalardan biri - Əli Əliyev belə hadisələrin burada baş vermədiyini deyərək, "Quran"dan söz salır: "Düzdür, cadu var. Bu haqda "Qurani-Kərim"də də yazılıb. Amma cadu etmək günahdır. Əməli düz, saleh olan adam heç zaman bu yola ət atmaz".

Mollanın sözlərinə görə, indi əksəriyyət, sadəcə pul qazanmaq üçün caduya əl atır: "Əvvəllər həqiqətən də cadu edə bilənlər vardı. İndi isə belələri çox azdır. Onların əksəriyyəti fırıldaqçıdır".

"Allaha daha yaxın olan adam, namazını qılan, orucunu tutan insanlara cadu təsir etməz" - deyən həmsöhbətimiz 10 ilə yaxındır ki, bu qəbiristanlıqda işləyir.

Ondan fərqli olaraq məzarların üzərini təmizləyən və adının çəkilməsini istəməyən şəxs isə qəbirlərin və kolluqların arasından tez-tez cadu-piti tapıldığını söyləyir. Dediyinə görə, belə hadisələr ayda, təxminən, bir neçə dəfə baş verir: "Cadular, cadulanmış şəkillər tapanda onları murdarlayırıq. Əksər hallarda bu şəkillərin kimə məxsus olduğundan və caduların kim tərəfindən bura atıldığından xəbərsiz oluruq".

"Bəzən bir şəxsin şəklinin dəfələrlə eyni qəbirin üzərinə, yan-yörəsinə atıldığını görürük. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Şəkillərin bəzilərinin üzərində iynələr olub, bəzilərinin üzərinə xaç işarəsi çəkilib. Şəkillə yanaşı balaca balışlar da tapmışam. Onların da üzərində iynə olub" - deyə həmsöhbətimiz əlavə edib.