Qara dənizdə türk balıqçılar güllələndi


Dünya 26 Fev 2019 20:09:00 229 0

Qara dənizdə türk balıqçılar güllələndi

Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin əməkdaşları Türkiyəyə məxsus balıqçı gəmisini atəşə tutub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyənin Ordu şəhərindən açıq dənizə çıxan 14 metrlik balıqçı gəmisi beynəlxalq sularda Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin katerləri tərəfindən izlənilməyə başlanıb və "Dayan" əmrinə tabe olmayan türk gəmisi atəşə tutulub.

Olayda 3 balıqçının yaralandığı, gəminin də zərər gördüyü deyilib.