Sumqayıtda daha 120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək


Digərləri 26 Fev 2019 19:34:00 188 0

Sumqayıtda daha 120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək

Fevralın 27-də Sumqayıtda bir qrup məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması ilə bağlı püşkatma mərasimi keçiriləcək.

Bu barədə Son.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, püşkatma mərasimində 120 məcburi köçkün ailəsi iştirak edəcək. Püşkatmada iştirak edən ailələrə mənzillər Sumqayıt şəhərində inşa edilən yeni kompleksdən veriləcək.