Bu binalarda mənzillərin satışına qadağa qoyulması təklif edilir


Digərləri 26 Fev 2019 19:37:00 264 0

Bu binalarda mənzillərin satışına qadağa qoyulması təklif edilir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunula qadağa qoyulmasını təklif edir.

Son.az report-a istinadən xəbər verir ki, bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub. Əksər hissəsi artıq məskunlaşmış bir çox çoxmənzilli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb.