Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi keçirilib (VİDEO)


Digərləri 26 Fev 2019 18:39:22 204 0

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi keçirilib (VİDEO)

Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi keçirilib.

Bakı. Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimində “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” icra edilib. Dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi, terrorçuların və qeyri-leqal miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması məqsədilə birgə fəaliyyətlər məşq etdirilib.