İrana casusluq edən keçmiş nazirə 11 il həbs cəzası verildi


Dünya 26 Fev 2019 18:34:00 213 0

İrana casusluq edən keçmiş nazirə 11 il həbs cəzası verildi

İsrailin keçmiş energetika və milli infrastruktur naziri Qonen Seqev İrana casusluqda günahkar bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az Report-a istinadən xəbər verir ki, ittiham aktına görə, sabiq nazir 2012-ci ildə Nigeriyada yaşayarkən İran kəşfiyyatı ilə əməkdaşlığa cəlb edilib.

O, hakimiyyətdəki keçmiş əlaqələri vasitəsi ilə İrana İsrail barədə müxtəlif məzmunlu məlumatlar ötürüb.