“Yuxuda mənə dedi ki, sizə sürpriz etdim”


Digərləri 26 Fev 2019 18:29:00 237 0

“Yuxuda mənə dedi ki, sizə sürpriz etdim”

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Bayramovun həyatından danışılıb.

Son.az bildirir ki, ailəsi onun haqqında xatirələrini bölüşüblər:

Nigar Babayeva - Anası: "Sakit, mehriban, ağıllı uşaq idi. Sözümdən çıxmazdı. Xaricdə oxumaq istədiyini dedi. İngiltərədə, Amerikada oxumaq istəyirdi, amma İtaliya alındı, ora getdi. Atası da, mən də razı deyildik. Amma çox yalvardı. Əlini ürəyinin üzərinə qoyub dedi ki, ana arzum var getmək istəyirəm. Romada olarkən katamaron sürməyə gedib. Nə bilsin necə yerdir?"

Rafiq Babayev - Atası: "Elnur mənim üçün əvəzolunmaz övlad idi. Boş vaxtını oxumaqla keçirərdi. Mən onun getməyini istəmirdim, hətta aramızda inciklik də oldu. Moskvaya getdi, oradan da mənə müraciət etdi, "ata, icazə ver gedim", ona çox işlər təklif etdim, razı olmadım. Sonda razılaşdım. 2016-cı ildə onu Roma şəhərinə yola saldım. Gərək getməyinə imkan verməzdim. Onu evləndirmək istəyirdik. Qız bəyənib, hərisini aldıq. Gözləyirdik ki, qayıtsın toyun edək. İki saatlıq katamaron kiralayıblar. 50 m dərinlikdə Elvin adlı oğlan Elnuru çimməyə dəvət edib. Dənizi sevmirdi, onun suya girəcəyi ağlıma belə gəlməzdi. Oğluma deyərdim ki, kaş belə olmazdı, bu gün yanımızda olaydın. Hər gecə yatanda Allaha yalvarıram ki, yuxuma gəlsin. İki dəfə yuxuda görmüşəm. Deyir, ata, mən gəlməyimi sizə sürpriz elədim, istəmədim sizə əziyyət verəm".


Xəbərə aid foto