Ermənilər türk iş adamını öldürdülər


Dünya 26 Fev 2019 17:49:00 229 0

Ermənilər türk iş adamını öldürdülər

Türkiyədə bir qrup erməni əlbir olaraq iş adamı Vədat Yöngəli qətlə yetirib.

Mİlli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yöngəl fevralın 16-sı 10 min dollarla birgə yoxa çıxdıqdan sonra oğulları Sədat və Sərdar hüquq-mühafizə orqanlarına məlumat verib.

Polisin araşdırması zamanı cinayətin detalları və qatillərin kimliyi üzə çıxıb. Aydın olub ki, iş adamını onun evinə xadimə kimi gələn 46 yaşlı Ermənistan vətəndaşı Stella M.lə 28 yaşlı oğlu Varlam M. gözündən və əlindən güllələyərək qətlə yetirib. Cinayətdən sonra Varlam M. mərhumun oğlu Sədata "atan bizim evdədir, gəl, apar" mesajını yazıb. Hadisə yerinə gedən oğul atasını hamam otağında ölü halda tapıb.


Xəbərə aid foto