Xocalı soyqırımı ilə bağlı Sumqayıtda yürüş keçirilib (FOTO)


Digərləri 26 Fev 2019 17:33:00 375 0

Xocalı soyqırımı ilə bağlı Sumqayıtda yürüş keçirilib (FOTO)

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Sumqayıtda yürüş keçirilib.

Bakı. Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Sumqayıtda yürüş keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, minlərlə insanın iştirak etdiyi tədbirdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər.