Azərbaycanın sərnişin təyyarəsində insident


Digərləri 26 Fev 2019 17:24:00 230 0

Azərbaycanın sərnişin təyyarəsində insident

"Silk Way Business Aviation" aviaşirkətinə məxsus təyyarə Şeremetyevo hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb.

Aviaşirkətdən Son.az-a verilən məlumata görə, təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb.

İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.