Ruhani Zərifin istefasını qəbul etmədi


Dünya 26 Fev 2019 16:49:00 192 0

Ruhani Zərifin istefasını qəbul etmədi

İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi açıqlama verib. 

O bildirib ki, Ruhaninin Zərifin istefasını qəbul etməsi ilə bağlı yayılan iddialar yalandır. 

M.Vaizi əlavə edib ki, İran parlamentinin 150 deputatı prezident Həsən Ruhaniyə müraciət edərək, Zərifin istefasının qəbul edilməməsini istəyib.