Azərbaycanla İndoneziya arasında əməkdaşlıq müzakirə edilib (FOTO)


Digərləri 26 Fev 2019 16:39:00 171 0

Azərbaycanla İndoneziya arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri ilə görüşdü

Bakı. Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin