Gəncədə Xocalı faciəsinin qurbanları yad edilib (FOTO)


Digərləri 26 Fev 2019 16:44:00 155 0

Gəncədə Xocalı faciəsinin qurbanları yad edilib (FOTO)

Gəncədə Xocalı faciəsinin qurbanları yad edilib

Bakı. Gəncədə Xocalı faciəsinin qurbanları yad edilib. Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbir Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə -2”-də, “Xocalı” abidəsinin önündə baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.