Quba sakininin həyətdə ayı saxladığı məlum olub (FOTO)


Digərləri 26 Fev 2019 16:21:00 214 0

Quba sakininin həyətdə ayı saxladığı məlum olub (FOTO)

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Bakı. Quba sakininin fərdi təsərrüfatda ayı saxladığı aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.