Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri


Digərləri 26 Fev 2019 16:18:00 215 0

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, imtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında yerləşdirilib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub.