Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmə modeli keçiriləcək


Digərləri 26 Fev 2019 16:07:50 229 0

Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmə modeli keçiriləcək

İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi bu il ərzində Xocalı soyqırımı mövzusunda beynəlxalq məhkəmə modeli təşkil edəcək.

Bakı. Xocalı soyqırımı haqda həqiqətlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına dəstək məqsədilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi bu il ərzində Xocalı soyqırımı mövzusunda beynəlxalq məhkəmə modeli təşkil edəcək. Təşkilatdan Trend-ə verilən məlumata görə, bu barədə faciənin ildönümü ərəfəsində keçirilən Forumun Avrasiya Regional Mərkəzi İdarə Heyətinin iclasında qərar verilib. Qərara əsasən, Mərkəz bu ildən “Ədalət” adlı beynəlxalq məhkəmə modeli layihəsinin icrasına başlayır. Gənc diplomat və hüquqşünaslar üçün nəzərdə tutulmuş layihədə insanlığa qarşı cinayət və ədalətsizliklər əsasında seçilmiş mövzular (işlər) üzrə beynəlxalq məhkəmə simulyasiyaları təşkil olunacaq. Bu barədə məlumat verən İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev bildirib ki, İdarə Heyətinin qərarı ilə “Ədalət” Beynəlxalq Məhkəmə Modelinin bu ilki mövzusu kimi “Xocalı soyqırımı və dünya ədalət sistemi” seçilib.