Mourinyonun özündən 2 tələbi var


İdman 26 Fev 2019 15:51:00 312 0

Mourinyonun özündən 2 tələbi var

Manchester United-in sabiq baş məşqçisi Joze Mourinyo gələcəyi barədə danışıb.

Goal.az xəbər verir ki, mütəxəssis işlə bağlı öz qarşısında iki tələb qoyduğunu deyib.

“İddialı klublarda işləmək istəyirəm. Özünə güvənməyən klubdan gələn təklif mənə lazım deyil, imtina edəcəyəm. Bu, mənim özümdən ikinci tələbimdir. Birinci, ən əsas tələbim isə, mənə yaxın insanlarla bir yerdə işləməkdir. Ümumi ideyalarımı bölüşə biləcəyim insanların xoşbəxtlik gətirəcəyinə inanıram. İnter-də məhz belə idi. Daxili aləmimlə yaxı olan klubdan təklif gəlsə, düşünmədən qəbul edərəm. Belələri yenə də var”, - Mourinyo deyib.