Gənclər və İdman Nazirliyi gəncləri “Xocalıya Ədalət” kampaniyasına dəstək verməyə çağırır


Digərləri 26 Fev 2019 15:58:06 214 0

Gənclər və İdman Nazirliyi gəncləri “Xocalıya Ədalət” kampaniyasına dəstək verməyə çağırır

“Xocalı faciəsinin iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 fevral 2019-cu il tarix Sərəncam imzalayıb və bununla əlaqədar Tədbirlər Planı təsdiq edilib.

Bakı. “Xocalı faciəsinin iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 fevral 2019-cu il tarix Sərəncam imzalayıb və bununla əlaqədar Tədbirlər Planı təsdiq edilib. Sərəncama uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya Ədalət” kampaniyasına dəstək adlı sosial media üzərindən aksiyaya start verilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, məqsəd Ssyqırım faktının dünya ictimaiyyətinə çatdırılması ilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində fəaliyyətlərə dəstək olmaqdır. Bu məqsədlə gənclərin qeyri-hökümət təşkilatlarını və gəncləri bu fəaliyyətələrə qoşulmağa dəvət olunurlar. Gənclərin bu işdə fəal olması və təlimata uyğun hərəkət etmələri, daha cox gənc tərəfindən facebook və twitter sosial media hesablarından paylaşılması vacibdir.