"Peugeot" yük maşını ilə toqquşdu: 2 ölü İranda


Dünya 26 Fev 2019 15:27:00 209 0

"Peugeot" yük maşını ilə toqquşdu: 2 ölü  İranda

İranın Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Peugeot" markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə 2 nəfər həlak olub.

Xilasetmə əməkdaşları həlak olanların meyitlərini 2 saatdan sonra avtomobildən çıxara biliblər.