13 dövlət əmlakı özəlləşdirildi - SİYAHI (FOTO)


Digərləri 26 Fev 2019 13:29:31 198 0

13 dövlət əmlakı özəlləşdirildi - SİYAHI (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac reallaşıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac reallaşıb. Komitədən Trend-ə verilən məlumata görə, ayın son hərracında 13 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilib. İştirakçılardan 2-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş verib. Nəqliyyat vasitələri üzrə iştirakçı aktivliyi budəfəki hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2007-ci il olan "VAZ-21043" markalı avtomobil üçün 4 sifariş verilib. İştirakçılar arasında mübarizə ilkin qiyməti 2 dəfə yüksəldib. Belə ki, start qiyməti 2 min manat olan nəqliyyat vasitəsi 4 min manata özəlləşdirilib. Analoji hal istehsal tarixi 2005-ci il olan "Nissan Maxima" markalı avtomobil üçün də xarakterikdir. Biri elektron olmaqla, 5 sifarişin verildiyi nəqliyyat vasitəsinin ilkin qiyməti 3 min manat olsa da, qalib iştirakçı onu 5 min 160 manat təklif edərək özəlləşdirib.